Renat qol ötürməsi etdi, komandası məğlub oldu - VİDEO
16.09.2024 - 09:33
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda V turda səfərdə “Karagümrük”lə qarşılaşıb. 5 qolun vurulduğu matç “Ankaragücü”nün məğlubiyyəti ilə başa çatıb – 2:3.
Dadaşov bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.
“Ankaragücü” 5 turdan sonra 6 xalla 13-cüdür. Eyni xalı olan “Karagümrük” isə 14-cü pilləni tutub.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0