“Komandamla fəxr edirəm. Braziliyanın daha çox yaxşı imkanları oldu. Amma biz pressinq etməklə, yaxşı hücumlarla cavab verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.
O, DÇ-2018-in Braziliya ilə görüşündəki 1:1 hesablı bərabərlik haqda fikirlərini açıqlayıb: “Futbolçularımıza əhsən düşür. Yarışa güclü başladıq. Oyunda mübahisəli məqamlar olsa da, bizim qol təmiz mübarizəyə təsadüf etdi. Oyuna yaxşı başlasaq da, sonra bir az ötürmələrin keyfiyyətini aşağı saldıq. Rəqib bizə hücum etməyə imkan vermirdi. Belə komanda ilə oyunda yüksək səviyyə göstərməlisən ki, biz də bunu etdik”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək