Rəşad Sadıqov: "Kimlərsə unudub, mən unutmamışam"
10.05.2025 - 19:24
Rəşad Sadıqov: "Kimlərsə unudub, mən unutmamışam"

Misli Premyer Liqasının XXXIV turunun "Səbail" - "Zirə" matçından (0:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Məyusluğumu bildirmək istəyirəm. "Səbail"in Premyer Liqadan düşməsi ilə bağlı. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar "Səbail" var idi. Bir çox oyunlarda çoxlu qaçırılan fürsətlər var idi. Bu oyunda da, həmçinin. Bu gün də 4-5 epizodlar qaçırırdılar. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün futbolçularımız danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımıza təhlükəli epizodlar oldu. Top itkiləri oldu. Futbolçular intizamlı idi. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".

- İndi 70 xal yığmısız. Bu haqda nə deyə bilərsiz? Uğurlu nəticənin düsturunu tapmısız?
- Keçən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nəq dərə olması yox, uğurlu nəticə vacibdir.

- Bu mövsümkü "Zirə" əvvəlkindən fərqlənir. Daha rənganərəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçdiz zirəvəyə çatxız, yoxsa bu mövsüm istədiyiniz komanda var idi əlinizin altında?
- Futbolda bəzi təhlillələr razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. mətbuat konfransı kifayət etməyəcək. bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlanılır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. "Sumqayıt"la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsən, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri az olurdu. Bu sezon hakim səhvləri az idi. Keçən il demişdim ki, düzələcək. iki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu "Zirə"si olub. Səhvlərimiz də olub. Sezonu təhlil etsək, bir sezonu uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların isimləri qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, offubtolçuların "Zirə"yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Maksimum fikrimizi işimizi verməyə çalışırıq. Demək ki, ən uğurlu "Zirə" budur. Hər dönəmin öz "Zirə"si olub. Zamanla da, addım-addım . Limit ləğv olunub, rəqiblərin hamısı bu limitdən səmərəli istifadə edəcəklər. Busezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik. 

- Yeni sezon da süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. "Karvan" və "İmişli"nin süni örtüklü meydançada oynayacağı gözlənilir...
- Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion br-birini tamamalayan . Süni örtüklü meydanalarımız azalmalıdır. "Kəpəz"in meydançası var, "Turan Tovuz"un təbii örtkülyə keçə bilər. "Süni örtüyü futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. USta futbolçular olur, süni örtüklü meydandaça ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələnin əməliyyatı ilə qarşılaşdıq. Marandiçinin zədəsi. Növbəti dəfə oynana qorxa-qorxa oynayırlar.  Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır təbii örtüklü meydança üçün. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.

- "Qarabağ"dan sonra ən çox qol vuran "Zirə"dir. Bu mövsüm özünüzü necə tənqid edərdiz?
- Həmişə təhlil edirik. Özümü kritika edən insan kimi tanıyıram. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Əgər özümüzü kritika etsək, avrokuboklardan sonra 2-3 uğurlu çıxışdan sonra komandada eniş hyaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlı idi. Komanda mübarizə aparırdı. Amma ümumən komandanın xüsuislə də mental hazırlığında eniş var idi. O mərhələni keçdik. Amam onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz idi. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.

- Tyaqo Silvanınd durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumu üçün nə yöndə təsir edir?
- Tyaqonun psixoloji durumunda eniş var. Onunla birəbir görüşlərimiz çox olub. Hər zaman demişik ki, 1 nömrəli qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. Onun kimi qapıçısı 30 oyun keçirib, uğurlu keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada dayanırsan. Növbəti sezonda sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq.

- "Zirə"nin əvəzedici oyunlarını izləyirsiz? 
- Bu gün orada və U-17 komandamızda perspektivli futbolçular var. Əsas komandaya oyunçular cəlb etmək istəyirəm. 17 yaşlılarımız çempionluğa şanslarımız var. 

- Niyə klublarımız 16-17 yaşlı futbolçulara şans vermək istəmir?
- Klublarımızı günahlandırmayaq. Futbol camiəmizə günahlandırıq. Yetərincə gənclərə şans verilib. Yetərincə futbolçularımız inkişaf ediblər. Futbol camiamız tətirflədiyi nəticələr olub. O üzdən də heç bir məşqçini günahlandırmaq lazım deyil. Futbol camiəmizi çox şeyi yönəldir. İşıqlandıraca o artıq məşqçilərdə şans verək. Avrokubok oyunlarındaHeç vaxt işıqlandırılmayıb. 5 penaltidən 4-nü yerlimiz vurub. təcrübə toplayıblar. Tək məşqçilərin boynuna yıxmaq lazım deyil. Birlikdə etməliyik, həssas yanaşsaq, filan məşqçi filan futbolçunu yetişdirdi, yerlilərə çox şans verir. Qabardılmır ki, Aydını qazanırıq. Bu şeylər. bu gün bizim futbolda hamı köklənib nəticələrə. Bu da bizim futbolumuzun inkişafına mane olur. Gənclərimiz var, fürsət düşdükdə, şans verəcəyik. Az oynayanlarımız da var, onlara da şans verəcəyik. 

- Çempionlar Liqasının finalından sonra zarafata çevrildi ki, finalda gürcü, rus, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa azərbyacanlını finalda görək?
-Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vax tolub ki, hamı başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycanf utbolunun düşmanıdır. Bizdə hər zaman futbolçu olub. Bizdə həmişə futbolçu olub. Yetişib, onları inkişaf eetdimrək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün şlər etməliyik. Xəyal Əliyev çıxdı da Azərbaycan futbolunda.  Syaca istedalı oyunçularımız gürcüstan və ermənsitandankından daha çoxdur.

- Düzgün inkişaf nədir?
- Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılacaq şərait. Cürbəcür yolları var inkişafın. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyf bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağöa malik idi, amma bəzi işlər doğru görülmədi.