
“Oyuna bir gün qalmış vaxtımız çox olur. Mətbuata göz gəzdirə bilirik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, Azərbaycan millisinin sabiq çalışdırıcısı Nikola Yurçeviçin açıqlamasına cavab verib: “Cənab Yurçeviç qabardıb ki, 15 legionerlə çıxış edirik. Son 2 ildə iki dəfə ikinci yeri tutmuşuq. Ötən il Konfrans Liqasının pley-offunda çıxış etmişik. Meydanda 4 yerli futbolçu oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, burada yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı sözləşməsi necə olub? Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır... Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda çıxış edib, burada bəlkə karyerası boyu verilməyən dəyəri görüb. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Qismət Alıyev: “Oyuna tam hazırıq”
- Rəşad Sadıqov: “Komandamız ideala yaxın formadadır”