Mövsümün ikinci “Böyük dəbilqə” seriyalı turniri “Rolan Qarros” davam edir. Apasport.az saytının məlumatına görə, kişi və qadın tennisçilərin mübarizəsində ilk yarımfinalçılar müəyyənləşib.
Günün sürprizi Marko Çekkinato – Novak Cokoviç görüşündə qeydə alınıb. Sabiq dünya bir nömrəsi gözlənilmədən mübarizəni dayandırıb. Dominik Tim isə Aleksandr Zverevə qalib gəlib.
Qadınların mübarizəsində Medison Kiz və Sloan Stivens adlarını son dördlüyə yazdırıblar.
Kişilər
1/4 final
Dominik Tim (Avstriya) – Aleksandr Zverev (Almaniya) – 3:0 (6:4, 6:2, 6:1)
Marko Çekkinato (İtaliya) – Novak Cokoviç (Serbiya) – 3:1 (6:3, 7:6, 1:6, 7:6)
Qadınlar
1/4 final
Yuliya Putintseva (Qazaxıstan) – Medison Kiz (ABŞ) – 0:2 (5:7, 4:6)
Sloan Stivens (ABŞ) – Darya Kasatkina (Rusiya) – 2:0 (6:3, 6:1)
Son yarımfinalçıların kimliyinə bu gün aydınlıq gələcək.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır