Rusiya millisinin hücumçusu Artyom Dzyuba Argentina – Xorvatiya (0:3) matçı haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, forvard Argentina yığmasının yüksək səviyyəli komanda olmadığını deyib.
“O dəqiqə dedim ki, Xorvatiya asanlıqla Argentinanı məğlub edəcək. Argentina fərdi baxımdan güclü futbolçulara sahib olsa da, komanda kimi orta səviyyəlidi. Dünya futbol standartlarını nəzərə alsaq, onları iddialı yığma saymaq olmaz” – deyə, o bildirib.
Dzyuba Messi – Ronaldo müqayisəsində isə portuqaliyanın daha üstün olduğunu düşünür: “Leo və Kriştianu – onlar hər ikisi əlçatmazdılar. Ancaq məncə, Ronaldo azacıq da olsa, Messidən irəlidədi”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək