"Sabah" addım-addım çempionluğa doğru - YENİLƏNİB
27.04.2026 - 21:52
Misli Premyer Liqasında XXIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son oyunu Masazırda baş tutub.
Lider “Sabah” öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax”ı qəbul edib.
Görüş “bayquşlar”ın qələbəsiylə başa çatıb: 2:0.
Xallarının sayını 72-yə yüksəldən Bakı təmsilçisi çempionluq yolunda daha bir önəmli addım atıb.
Yevlaxlılar isə 14 xalla sonuncu pilləyə "dəmir atıb".
Misli Premyer Liqası
XXIX tur
20:00. "Sabah" - "Karvan-Yevlax" 2:0
Qol: Mbina, 49, Maluda, 55
0
0