"Sabah" "bombanı partlatdı": MÜQAVİLƏ İMZALANIR
05.06.2026 - 11:50
"Sabah" "bombanı partlatdı": MÜQAVİLƏ İMZALANIR

"Sabah" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, "bayquşlar" müdafiəçi Aden Makkartini rənglərinə bağlayıb.

Tərəflər arasında tam razılıq əldə olunub.

Cənubi Afrika Respublikasından olan futbolçunun transferi üçün 250 min avro ödəniləcək. O, müqavilə imzalamaq üçün Bakıya gəlib.

Makkarti həmçinin ölkəsinin U-23 millisinin üzvüdür. 

Qeyd edək ki, gənc oyunçu son mövsümü "Kayzer Çifs"də keçirib. O, 23 matçda meydana çıxıb, 1 qol vurub.