"Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0!
28.04.2025 - 15:51
"Sabah" çempionluğunu darmadağınla rəsmiləşdirib - 14:0!

U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb. Oyun “bayquşlar”ın böyük hesablı qələbəsi ilə nəticələnib - 14:0.

Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.

Qeyd edək ki, "Sabah"ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.