“Neftçi” “Sabah” səfərindən xalsız qayıdır - YENİLƏNİB
08.12.2025 - 21:53
“Neftçi” “Sabah” səfərindən xalsız qayıdır - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Sabah" evdə "Neftçi”ni qəbul edib.

"Bank Respublika Arena"da oynanılan matç saat 20:00-da start götürüb.

İlk hissəsi qolsuz yekunlaşan matçın qalibi ev sahibləri olub. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası
XIV tur

8 dekabr

20:00 Sabah – Neftçi 2:0

Qollar: Akim Zedadka, 58, Coy Lens Mikels, 77

“Bank Respublika Arena”