"Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib
12.11.2025 - 15:43
"Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib

"Sabah" basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gerry Blakeslə 2 mövsümlük müqavilə imzalayıb.

31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi "Hefei Storm" olub.

Qeyd edək ki, 2016-cı ildən peşəkar arenada çıxış edən G.Blakes daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.