"Sabah" - "Qarabağ" matçı bu tarixdə keçiriləcək
21.11.2025 - 09:29
Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununun başlama vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 18 dekabr saat 19:30-da start götürəcək.
Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
0
0