“Sabah” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB
20.09.2025 - 21:30
“Sabah” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB

Misli Premyer Liqasında V turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

"Sabah" öz meydanında "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma 19:30-da start götürüb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası 

V tur

19:30. “Sabah” – “Turan Tovuz” 2:0
Qollar:
 Velko Simiç, 56, Pavol Safranko, 90+7
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”