"Sabah"da yeni müqavilə - RƏSMİ
04.06.2026 - 17:06
"Sabah"da yeni müqavilə - RƏSMİ

"Sabah" müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

Qeyd edək ki, Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib. O, "bayquşlar"ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Kubokunun qalibi olub.