"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb
07.10.2025 - 15:28

"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsinin Lixtenşteyn (10 oktyabr) və Şimali Makedoniya (13 oktyabr) komandaları oyun üçün yekun heyətə cəlb edilib.
Pokatilovdan başqa daha 3 qapıçı milliyə dəvət alıb.
0
0