Misir millisinin Rusiyada keçiriləcək dünya çempionatında hansı futbolçuların xidmətindən istifadə edəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ektor Kupor yekun “23-lüy”ə düşən oyunçuların adlarını açıqlayıb.
Çempionlar Liqasının finalında “Real”la oyunda çiynindən zədə alan Məhəmməd Salah heyətə daxil edilib:
Qapıçılar: Essam El-Hadari (“Əl-Taavun”), Əhməd Əl-Şenavi, Şərif Əkrəmi (hər ikisi “Əl-Əhli”);
Müdafiəçilər: Məhəmməd Əbdül-Şəfi (Əl-Fateh), Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hər üçü “Əl-Əhli”), Əhməd əl-Məhəmmədi (“Aston Villa”), Ömər Qaber (“Los-Anceles Qalaksi” – icarə), Əli Qabr, Əhməd Heqazi (hər ikisi “Vest Bromviç”), Mahmud Həmdi (“Zamalek”);
Yarımmüdafiəçilər: Abdulla Səid (KuPS), Mahmud Fadlalla “Şikabala” (“Əl-Raed”), Məhəmməd əl-Nenni (“Arsenal”), Tarek Hamed, Mahmud Əbdül-Əziz (hər ikisi “Zamelek”), Mahmud Hassan “Trezeqe” (“Kasımpaşa” – icarə”), Ramadan Sobhi (“Stok Siti”), Amr Varda (“Atromitos”), Sem Morsi (“Uiqan”);
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Maruan Möhsün ( “Əl-Əhli”).
Qeyd edək ki, Misir dünya çempionatında Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır