Saşa İliç: “Çempionatda belə oynamaq olmaz"
04.12.2025 - 21:25
Saşa İliç: “Çempionatda belə oynamaq olmaz"

"Sumqayıt" Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Apasport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".

- Gənc futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Bu barədə nə deyə bilərsiniz? 
- Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır.

- İntizam Komitəsi sizə 4 oyunluq cəza verdi. Buna münasibətiniz necədir? 
- Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza kifayət edərdi.

- Ayxan Abbasovla mübahisənizin səbəbi nə idi? 
- Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik.