"Neftçi" qışda müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, müdafiənin sol cinahındakı yetərsizliyi aradan qaldırmağı planlaşdıran "ağ-qaralar" həmin mövqeyə "Şaxtyor"un sabiq futbolçusu Dmitro Topalovu transfer etməyi planlaşdırır.
Mustafa Sekin parlaq olmayan oyunu klubu bu mövqe üçün qış transfer pəncərəsində yeni oyunçu ilə anlaşmağa vadar edib.
"Flaqman"ın baş məşqçisi Yuri Vernidub da 27 yaşlı həmyerlisinin keçidinə müsbət cavab verib.
Qeyd edək ki, hazırda azad agent statusunda olan Topalov karyerası ərzində "Şaxtyor", “Kolos Kovalivka” və "Mariupol" kimi komandaların şərəfini qoruyub.