"Səbail" kapitanı ilə müqavilə yeniləyib - RƏSMİ
22.07.2025 - 11:55

2025/2026 mövsümündən etibarən I Liqada çıxış edəcək "Səbail" kapitanı Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə 1+2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.
0
0