“Səbail”də çıxış etmiş futbolçu Premyer Liqa klubunda - RƏSMİ
20.07.2026 - 18:51
“Səbail”də çıxış etmiş futbolçu Premyer Liqa klubunda - RƏSMİ

"Şəfa" növbəti transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, klub müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək.

O, ölkəmizdə "Səbail"in də formasını geyinib.

Jarjue karyerası ərzində "Jil Visente" (Portuqaliya), "Austria" (Vyana), "Elfsborq" (İsveç), "Slovan" (Bratislava, Slovakiya), "Sandefyord" (Norveç) və "Struqa"da (Şimali Makedoniya) çıxış edib.

Maudo Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.