“Səbail”dən növbəti transfer - RƏSMİ
07.07.2026 - 17:05
“Səbail” növbəti futbolçu keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Vüsal Əliyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüsal Əliyev son olaraq “Şahdağ Qusar”da çıxış edib.
0
0