Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə bu gün Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, saat 18:40-da başlayacaq açılış mərasimindən sonra A və B qrupu üzrə 2 qarşılaşma olacaq.
Meydana ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxacaq. Bu oyunun ardından isə “AzTV” ilə “AZƏRTAC” təmsilçiləri yaşıl meydanda üz-üzə gələcək.
Xatırladaq ki, turnirin informasiya dəstəkçilərindən olan "APA" ilk matçını oktyabrın 4-ü "Real TV"-yə qarşı keçirəcək.
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
- “Apasport”un əməkdaşları futbol turnirinin qalibi oldular