“Neftçi” PFK, “YAŞAT” Fondu və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün stadion turu təşkil olunub.
Apasport.az saytının məlumatına görə, 16-18 yaşlı gənclər klubun “Bakcell Arena”da yerləşən muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.
Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan kollektiv əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.
Bu gün eyni məkanda keçirilən stadion turunda isə qonağımız Bakı-İstanbul liseyinin şagirdləri olublar.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub