[b]Şəhriyar Məmmədyarov Karlsenə qalib gələrək çempion oldu[/b]
31.07.2018 - 23:03
Ənənəvi olaraq hər il keçirilən şahmat üzrə Bil (İsveçrə) superturnirinin qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışı həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb.
“Şah” son 10 ildə qalib gələ bilmədiyi dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlseni məğlub edərək xalını 7-ə yüksəldib və sona bir tur qalmış ən yaxın rəqibini 2 xal qabaqlayaraq çempionluğu erkən rəsmiləşdirib.
Qeyd edək ki, 1968-ci ildən keçirilən turnirin son qalibi çinli Hou Yifan olmuşdu.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0