Serdar Dursun “Kocaelispor”dan ayrıldı - RƏSMİ
04.06.2026 - 13:26
Serdar Dursun “Kocaelispor”dan ayrıldı - RƏSMİ

“Kocaelispor” futbolçusu Serdar Dursunla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada 34 yaşlı hücumçuya komandadakı xidmətlərinə görə təşəkkür edilib:

“Futbolçumuz Serdar Dursuna formamız altında verdiyi əməyə görə təşəkkür edirik. Yeni yolçuluğunda uğurlar səninlə olsun, Serdar!”

Qeyd edək ki, Serdar Dursun 2025/2026 mövsümündə “Kocaelispor”un heyətində Super Liqada 25 oyuna çıxıb və 6 qol vurub.