
“Sumqayıt” Misli Premyer Liqasının 2024/25 mövsümündəki son oyununda səfərdə “Səbail” üzərində böyükhesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.
Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. “Kəpəz”i (2017/18) 3:0, “Sabah” (2018/19), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/24) eyni - 4:1 hesabı ilə məğlub edən “Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu da təkrarlayıb.
“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəlib. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.
- “Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
- Mövsümə “Araz-Naxçıvan” – “Zirə” görüşü ilə yekun vurulacaq - YENİLƏNİR
- “Turan Tovuz” “Kəpəz”ə qarşı - YENİLƏNİR
- Qurban Qurbanov “Barselona”nın düşərgəsini ziyarət edib
- Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”