"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
02.02.2026 - 14:52
"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda

"Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, o, karyerasını "Şimal"da davam etdirəcək.

Bunu Xaçmaz təmsilçisinin mətbuat xidməti açıqlayıb.

26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Əliyev "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"nin də şərəfini qoruyub.