"Sumqayıt" yenə xal itirdi - YENİLƏNİB
20.02.2026 - 21:33
"Sumqayıt" yenə xal itirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXI tura start verilib.

Apasport.az xəbər verir ki, günün son matçında "Sumqayıt" öz meydanında "Qəbələ" ilə üz-üzə gəlib.

"Gənclik şəhəri" təmsilçisi yenə xal itirib. Komanda görüşdən qolsuz bərabərliklə ayrılıb.

Misli Premyer Liqası
XXI tur

19:30. "Sumqayıt" – "Qəbələ" 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.