“Sumqayıt”dan “Karvan”a - RƏSMİ
06.08.2025 - 15:38

"Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi Uğur Cahangirovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Uğur Cahangirov son olaraq "Sumqayıt"da forma geyinib.
0
0