“Sumqayıt”ın basketbolçusu Zayon Yanq "Sərhədçi" ilə pley-in mərhələsinin 3-cü görüşündən əvvəl azarkeşlərdən dəstək istəyib.
Apasport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında həlledici qarşılşamada fanatların dəstəyinə daha çox ehtiyaclarının olduğunu deyib.
Amerikalı basketbolçu üçüncü görüşdə qələbəyə inandığını söyləyib:
"Əslində "Sərhədçi"yə uduzduğumuz matçda da yaxşı oynamışdıq. İkinci görüşdə isə, ümumiyyətlə, mükəmməl idik. Kollektiv şəklində var gücümüzü ortaya qoyduq. Həm hücum, həm də müdafiəmizə söz ola bilməzdi. Fikrimcə, seriyanın həlledici görüşündə qalib gələn tərəf "Sumqayıt" olacaq. Çərşənbə günü azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onların hamısını arenaya səsləyirəm. Hətta Bakıdan olan fanatlarımız da Sumqayıta gəlsin".
Qeyd edək ki, pley-in mərhələsinin ilk görüşündə "Sərhədçi" 123:97 hesablı qələbə qazanıb. İkinci matç isə “Sumqayıt”ın üstünlüyü ilə yekunlaşıb - 100:95. Komandalar arasında üçüncü görüş aprelin 16-da baş tutacaq.
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- II Liqa: VII tura yekun vurulub
- Elvin Cəfərquliyev: “Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm”
- Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“
- Əvəzedicilər Liqası: X turun təyinatları