
Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, hər iki görüş bu gün baş tutub.
İlk oyunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.
Meydan sahibləri böyükhesablı qələbəyə sevinib - 3.0.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ın qonağı olacaq.
Azərbaycan kuboku
Yarımfinal
23 aprel
17:00. "Qarabağ" - "Araz-Naxçıvan" 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77-p.
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias