Tonali rəsmən “Tottenhem”də
06.07.2026 - 14:17
Tonali rəsmən “Tottenhem”də

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Nyukasl"da çıxış edən Sandro Tonalini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, London təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 108 milyon avro ödəyib.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Sandro Tonali 2023-cü ildə "Milan"dan 60,8 milyon avroya transfer etmişdi.