"Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
21.04.2025 - 14:16
"Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO

Bu gün Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib. 

Apasport.az xəbər verir ki, açılışda “Turan Tovuz” Klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev, millət vəkili Arzu Nağıyev, Tovuz klubunun rəsmiləri və media nümayəndəndələri iştirak ediblər. 

Qeyd edək ki, ümumi sahəsi 5 hektadan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq. 

İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.