"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
14.07.2025 - 11:34
"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

“Turan Tovuz”un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri daha məlum olub.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqasının komandası “Çorum”la qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, “Çorum”un heyətində Azərbaycan millisinin üzvü Coşqun Diniyev də çıxış edir.