"Turan Tovuz"un əsas komandasında üç yeni təyinat baş tutub.
Apasport.az xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.
Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb.
Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib.
Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca", "Avellino" və "Noçerina" kimi klublarda çalışıb.
Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- XXXI turun təyinatları bəlli oldu
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT