Türkiyə klubu Benzema ilə maraqlanır
15.10.2025 - 09:19
Türkiyə klubu Benzema ilə maraqlanır

“Əl İttihad”ın hücumçusu Kərim Benzema karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” fransalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu qış fasiləsində 35 yaşlı futbolçu üçün danışıqlara başlayacaq.

Benzema bu mövsüm 4 oyunda 3 qol vurub.