U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir
12.11.2025 - 11:11
U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə start verəcək.

Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gələcək.

Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qarşılaşmanın baş hakimi finlandiyalı Oliver Reytala olacaq.

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.