U19 yığmamız Malta ilə üz-üzə gələcək
18.11.2025 - 11:13
U19 yığmamız Malta ilə üz-üzə gələcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan yığma Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.