Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-15 Bolqarıstan ilə üz-üzə gəlib.
Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdəki ilk matçında Monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu.
***
12:32
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq. Millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, qarşılaşma Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək.
Qeyd edək ki, milli İnkişaf Turnirində ilk oyunda Monteneqroya uduzub – 0:1.