“Sumqayıt” mövsümün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində “33” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.