Vaqif Cavadov: “Kim dedi ki, təslim olmuşduq?”
04.05.2025 - 20:27
Vaqif Cavadov: “Kim dedi ki, təslim olmuşduq?”

Misli Premyer Liqasının XXXIII turunun "Qarabağ" - "Sumqayıt" matçından (2:0) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq".

- Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?
- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

- Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?
- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.