Misli Premyer Liqasının XXXV turunun "Zirə" - "Sabah" matçından (1:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Üstün tərəf biz idik, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm".
- Final yaxınlaşdıqca, həyəcan artır? Liqa oyunlarına fokuslanmaq çətinləşmirki?
- Biz çempionatda bütün şansları itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı oynayırıq, “Neftçi” ilə oyunumuz da var. Bütün oyunu da udmaq istəyirik.
- “Neftçi” ilə oynayacaqsız. Final öncəsi bu sizin xeyrinizə, yoxsa ziyanınıza olacaq?
- Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki bu oyunda qalib ayrılsaq, daha çox əminlik verəcək.
- ÇL: “Sabah” səfərdən məğlub qayıdır - YENİLƏNİB
- FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
- PFL açıqladı - İKİ KLUBUN ADI DƏYİŞDİRİLİB
- "Kəpəz" onunla bağlı qərarını verdi - RƏSMİ
- “Qarabağ”ı qara buludlar bürüyüb? - Keçid dövrünün ağırlığı