Venesuela millisinin üzvü “Neftçi”də - RƏSMİ
15.07.2025 - 16:27
Venesuela millisinin üzvü “Neftçi”də - RƏSMİ

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi” ailəsinin üzvüdür.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

Qeyd edək ki, vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.