"Xankəndi"də 5 ayrılıq
03.02.2026 - 16:37
"Xankəndi"də 5 ayrılıq

II Liqada mübarizə aparan “Xankəndi” 5 futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi qarşılıqlı anlaşma əsasında Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəfli ilə vidalaşıb. Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Xankəndi" hazırda II Liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdədir. Lider "Qaradağ Lökbatan"ın da eyni xalı var.