2018-ci il dünyanın 12 futbolçusu üçün qızıla boyana bilər. Apasport.az saytının məlumatına görə, UEFA 51 gün ərzində həm dünya çempionu, həm də UEFA Çempionlar Liqasını əldə etmək imkanı olanların siyahısını tərtib edib.
Burada “Real”la qitənin ən yaxşısı olub, Rusiyadakı mundialda iştirak edəcək oyunçular yer alıb. Mayın 26-da Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran 12 oyunçu iyulun 15-də planetin ən nüfuzlu idman mükafatına yiyələnmək imkanına malikdi.
Belə futbolçular 7 yığmanın heyətində yer alacaq.
İspaniya millisində Marko Asensio, İsko, Dani Karvaxal, Naço və Serxio Ramos “Qızıl dubl”a yaxındı. Düzdü, Karvaxalın zədə səbəbindən mundialda iştirakı hələ də sual altındadı. Marseloyla Kazemiro Braziliya, Toni Kroos Almaniya, Kriştianu Ronaldo (Portuqaliya), Rafael Varan Fransa ilə dünya çempionluğunu hədəfləyib. Keylor Navaslı Kosta-Rika və Luka Modriçli Xorvatiya o qədər də şanslı sayılmasa da, nəzəri cəhətdən hər şey mümkündü.
Bu 7 komandadan biri çempion olsa, 16 illik seriya qırılacaq.
Belə ki, 2002-ci ildən sonra Çempionlar Liqasının qalibləri dünya çempionluğu yaşamır. Sonuncu belə oyunçu Roberto Karlosdu. O, “Real”la Çempionlar Liqası, Braziliyayla dünya çempionluğu qazanıb. Bu il yenə “Real” ən nüfuzlu avrokubokun qalibi olub ki, Karlosun davamçının müəyyənləşməsi üçün mundialın nəticələri önəmlidi.
Qeyd edək ki, futbol tarixində 8 futbolçu eyni ildə Çempionlar Liqası və dünya çempionatını qazanıb. Bunlar Zepp Mayer, Pol Braytner, Frans Bekkenbauer, Herd Müller, Uli Höness, Hans-Georg Şvartsenbek (hamısı “Bavariya” və AFR) 1974, Kristian Karambö (“Real” və Fransa) və Roberto Karlosdu (“Real” və Braziliya).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır