Formula-1-də mövsümün üçüncü yarışı Çində keçiriləcək. Apasport.az saytının məlumatına görə, Şanxay şəhərində yerləşən, uzunluğu 5 min 451 m olan Beynəlxalq Şanxay Trası yarışa “ev sahibliyi” edəcək.
Sabah Bakı vaxtı ilə saat 10:00-da sıralama turu keçiriləcək. Bazar günü 10:10-da əsas yarışa start veriləcək.
Qeyd edək ki, Avstraliya və Bəhreyndə keçirilən mövsümün ilk iki yarışını “Ferrari” pilotu Sebastyan Fettel qazanmışdı.
Aktivində 50 xalı olan Fettel hazırda pilotların sıralamasına başçılıq edir. Luis Hemilton yalnız alman pilotdan geri qalır, Valtteri Bottas isə üçüncüdü.
Komandalar arasında 65 xallı “Ferrari” liderdi. “Mersedes” ikincidi, ilk üçlüyü “MakLaren” qapayır.
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib