[b]Boksçularımız Gürcüstanla birgə Şamaxıda hazırlıq keçəcək[/b]
01.05.2018 - 13:38
Bu gün yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışına start veriləcək. Apasport.az saytının məlumatına görə, mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edəcək.
Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirəcək. Hazırlıq prosesinə yığmamızla yanaşı, qonşu Gürcüstan millisinin üzvləri də qatılacaq. 2 yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.
Mənbə: abf.az
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0