[b]Boksçumuz üçün polşalı rəqib[/b]
19.04.2018 - 17:49
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində daha bir idmançımızın ilk rəqibi bəlli olub. Apasport.az Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumat verir ki, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Səbuhi Abışov 1/8 finalda Arman Dabaqyanla (Polşa) gücünü yoxlayacaq.
Boksçumuzun rəqibinin adı birinciliyin startı günü məlum olub. 1/16 finalda Erdonis Maliqini (Kosovo) 5:0 hesabı ilə məğlub edən Polşa təmsilçisi mərhələ adladığından Abışovla qarşılaşacaq. İlk mərhələdən azad olan idmançımız Dabaqyanla sabah döyüşəcək.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0