Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın idmançımız bu uğura nail olub.
Bununla da, Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda millimiz maksimum sayla – 4 nəfərlə təmsil olunacaq.
Onlarla yanaşı, akrobatlarımız da Minsk-2019-da iştirak hüququna yiyələniblər. İdmançılarımız ötən həftə Belçikanın Antverpen şəhərində baş tutan dünya çempionatında Avropa Oyunlarına bilet sifariş ediblər. Qarışıq cütlüyümüzün uğurlu çıxışları onlara vəsiqə qazandırıb. Böyüklər kateqoriyasında qadın qrupumuz olmadığından Oyunlarda bu növ üzrə yalnız qarışıq cütlüklərimiz mübarizə apara biləcək.
Qeyd edək ki, 2015-ci ildə Bakıdakı I Avropa Oyunlarında olduğu kimi, növbəti yarışda da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib