[b]İdmançımız dünya çempionatında gümüş medal qazandı[/b]
01.05.2018 - 16:33
Macarıstanın paytaxtı Budapeştdə qramplinq üzrə dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 67 ölkənin qatıldığı yarışda Azərbaycan da təmsil olunub.
İdmançılarımızdan Rüstəm Müslümov yarışı gümüş medalla başa vurub. Bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olan qramplinqçinin dünya çempionatında ikinci mükafatı olub.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan Müslümov ikiqat Azərbaycan çempionudu.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0